525.Az

“Azərbaycanın İntellektual Birincisi” layihəsi yekunlaşdı


 

“Azərbaycanın İntellektual Birincisi” layihəsi yekunlaşdı<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsi başa çatıb.

Təşkilatdan verilən məlumata görə, dekabrın 6-da layihənin final mərhələsinin oyunları keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək bu cür layihələrin gənclərin inkişafına, dünyagörüşlərinin artmasına müsbət təsirlərindən danışıblar.

“İrəli” sədri Mirhəsən Seyidov isə çıxışında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. O, “Azərbaycan İntellektual Birincisi” layihəsinin dövlət proqramına uyğun olaraq həyata keçirildiyini deyib. M.Seyidov bildirib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub.

Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Sabirabad, Qobustan və Naxçıvan gəncləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Axtar tap” oyununun nəticələrinə görə Abşeron rayonunun təmsilçiləri ilk sırada yer alıblar. İkinci yerə Biləsuvar, üçüncü yerə isə Sabunçu gəncləri layiq görülüblər. “Nə, harada, nə zaman?” oyunu üzrə birinci yerə Abşeron, ikinci yerə Gəncə, üçüncü yerə Naxçıvan gəncləri sahib olublar. “Xəmsə” oyunu üzrə isə Şabran, Lənkəran və Goranboy rayonlarının gənc intellektualları ardıcıl olaraq birinci, ikinci və üçüncü yerləri bölüşdürüblər. Qalib gələn komandalar medal, şəhadətnamə və dəyərli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, layihənin bağlanış tədbirində rayon gənclər və idman idarələrinin nümayəndələri də iştirak ediblər.

CEYHUN

 





07.12.2017    çap et  çap et