525.Az

Gürcüstanla startapların inkişafı üzrə memorandum imzalandı


 

Gürcüstanla startapların inkişafı üzrə memorandum imzalandı<b style="color:red"></b>

Bakıda keçirilən "Bakutel - 2017" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Yüksək Texnologiyalar Parkı" və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

Nazirlikdən verilən məlumata görə, məqsəd müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.

Eyni zamanda, memorandum biznes forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini özündə ehtiva edir.

C.ABASOV

 





07.12.2017    çap et  çap et