525.Az

"Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində növbəti seminar


 

"Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində növbəti seminar <b style="color:red"></b>

Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində növbəti seminarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.

"Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə keçirilən seminarda Universitetin professor-müəllim və tələbə heyəti üçün eyni zamanda Masallı rayonunda keçirilən tədbir ilə birbaşa canlı əlaqə yaradılaraq, "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası" mövzusunda müzakirələr dinlənilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 2015-ci ildən etibarən Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər Əliyev məktəblərinin yaradıldığını qeyd edib.

Daha sonra Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə mühazirəsində Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb.

Elmi-praktik seminar daha sonra iştirakçıların sualları ətrafında davam edib. Bu müzakirələrdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindəki dinləyicilər də iştirak edib.

 





07.12.2017    çap et  çap et