525.Az

"Zirvədən zirvəyə və əbədiyyətə" adlı elmi seminar


 

"Zirvədən zirvəyə və əbədiyyətə" adlı elmi seminar <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" adlı elmi seminar keçirilib.
 
Seminardan öncə professor-müəllim və tələbə heyəti  Universitetdə yerləşən  Heydər Əliyev büstünün qarşısına əklil qoyublar.

"Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə baş tutan tədbirdə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva "Heydər Əliyevin mədəniyyət konsepsiyası" elmi seminar iştirakçılarını salamlayaraq,  Heydər Əliyevin qoyduğu irsdən, bütün sahələrə verdiyi töhfələrdən, mədəniyyət və incəsənət sahəsinin inkişafında müstəsna xidmətlərindən danışıb. Rektor bildirib ki, Heydər Əliyev üçün mədəniyyət, incəsənət  iqtisadiyyat və  siyasət qədər ölkəni tanıdan, xalqı bütövləşdirən  amillərdən biri olub. Daha sonra söz Heydər Əliyev Mərkəzinin  H.Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru, Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyevaya verilib. O, bütün sahələrdə olan inkişafın,  uğurların arxasında Heydər Əliyevin olduğunu qeyd edərək, onun uzaqgörən siyasətindən danışıb.

Seminarda Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin Babayev, Kino-televiziya sənətləri kafedrasının professoru, Xalq artisti Oktay Mirqasımov, Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyev Ulu öndər haqqında dəyərli fikirlərini və ən səmimi xatirələrini bölüşüblər.

 





07.12.2017    çap et  çap et