525.Az

Noyabr üçün "Ulduz"


 

Noyabr üçün "Ulduz" <b style="color:red"></b>

Bugünlərdə "Ulduz" jurnalının noyabr sayı işıq üzü görüb.

Ötən sayın eksperti filologiya elmləri doktoru Nəsir Əhmədlidir. O, "Nərgiz Cabbarlıdan Elxan Zaladək" adlı yazısında ekspertlərin ümumi işindən söz açıb. "Ekspert" rəyini Günay Ümidin "özüylə söhbəti" və şeirləri izləyir. "Yazı masası"nda Xanım Aydın və Vüsal Nuru Xalq şairi Fikrət Qocayla söhbətləşiblər. Şahnaz Kamalın "Vaska", Natiq Məmmədlinin "Günah", Taleh Mənsurun "Ürək ağrısı, çiçək oğrusu" hekayələri "nəsr" bölümündə verilib.

Afaq Şıxlının tərcüməsində rus şairi Andrey Vasilevskinin yaradıcılığından nümunələr "Tərcümə saatı" rubrikasında yer alıb.

"Şeir vaxtı" bölümündə Xosrov Natil, Fuad Cəfərli, Vüqar Rahi və Nazim Əhmədlinin şeirləri var.

Cəlal Məmmədov "Xudu əfsanəsi" yazısında görkəmli alim Xudu Məmmədovdan yazıb və onun fikirlərindən nümunələr erib.

"Tənqid" bölümündə Vaqif Yusifli "Gənc şairlər sözüm sizədir" məqaləsində Allahşükür Ağa, Tural Adışirin və Ələmdar Cabbarlının şeirlərini təhlilə çəkib.

"Ulduz" jurnalı ilə artkaspi.az saytının birgə layihəsi olan "Variasiya" hekayə müsabiqəsi üçün ayrılmış xüsusi bölümdə Elçin Hüseynbəylinin "Qəfil getmək" hekayəsi dərc edilib. Müsabiqəyə əsasən hekayənin finalı qəsdən çap olunmayıb və iştirakçıların ixtiyarına buraxılıb.

"Ədəbi müzakirə" bölümündə yazıçı Həmid Arğış, tərcüməçi Yadulla Kənani, ədəbiyyatşünas Pərvanə Məmmədli "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda polemika aparıblar.

İlham Abbasov yazıçı Siqrid Unsetin nobel nitqi və aforizmlərini "Ədəbiyyat üzrə nobel mükafatı laureatları" rubrikasında təqdim edib.

"Böyükdən uşağa" rubrikasında Ədalət Salmanın şeirləri yer alıb.

Əli Hacılının "Köklənmiş piano" yazısı da jurnalın bu sayındadır.

"Dərgidə kitab"ının budəfəki qonağı Müşfiq Xandır.

MÜŞFİQ

 





07.12.2017    çap et  çap et