525.Az

BDU-da Molla Pənah Vaqiflə bağlı elmi konfrans - Fotolar


 

BDU-da Molla Pənah Vaqiflə bağlı elmi konfrans - <b style="color:red">Fotolar</b>

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.

Tədbirdə görkəmli ziyalılar, tanınmış elm adamları, gənc tədqiqatçılar və tələbələr iştirak edib. Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ölkə rəhbərinin müvafiq sərəncamına uyğun olaraq, BDU-da M.P.Vaqifə həsr olunmuş tədbirlərdən, elmi konfransın əhəmiyyətindən danışıb, universitetin rektoru akademik A.Məhərrəmovun rəhbərliyi ilə gənclərin elmi fəaliyyətə cəlb olunması üçün universitetdə yaradılmş imkanlardan bəhs edib.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, M.P.Vaqifin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, Ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlərdən və bu istiqamətdə fakültədə həyata keçirilmiş tədbirlərdən söz açıb. O bildirib ki, konfransa Azərbaycanın 13 elm və təhsil müəssisəsindən ümumilikdə 186 nəfər qatılıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli M.P.Vaqifin ədəbi və ictimai fəaliyyətindən, poeziyasının bənzərsizliyindən danışıb.  

Plenar iclasdan sonra konfrans öz işini “M.P.Vaqif və müasirlik”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”  və “İctimai elmlər” bölmələri üzrə davam etdirib.

XƏDİCƏ

 





07.12.2017    çap et  çap et