525.Az

Bankların Mərkəzi Bank qarşısında öhdəliyi azalır


 

Bankların Mərkəzi Bank qarşısında öhdəliyi azalır<b style="color:red"></b> Bu ilin oktyabr ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.
 
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabrda bankların AMB qarşısında öhdəliyi 4,2 mln. manat və ya 0,73% azalaraq 566,6 mln. manat təşkil edib.
 
Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 1 mlrd. 128,9 mln. manat və ya 2,99 dəfə azalıb.
 





11.12.2017    çap et  çap et