525.Az

Oktyabrda bank sektorunda çalışanların sayı artıb


 

Oktyabrda bank sektorunda çalışanların sayı artıb<b style="color:red"></b> 2017-ci ilin noyabr ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 470 nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.
 
Rəqəmlərin təhlili göstərir ki, oktyabrda bank sektorunda çalışanların sayı 130 nəfər və ya 0,79% artıb. Belə ki, sentyabr ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 340 nəfər olub.
 
Ümumiyyətlə, bu ilin 10 ayında bank sektorunu 477 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.
 
Qeyd edək ki, bu ilin III rübündə ölkədə 31 bank fəaliyyət göstərib.
 





11.12.2017    çap et  çap et