525.Az

Ümummilli lider Memarlıq və İnşaat Universitetində yad edildi


 

Ümummilli lider Memarlıq və İnşaat Universitetində yad edildi<b style="color:red"></b>

Dekabrın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan xalqının Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Anım tədbirində  universitetin professor-müəllim heyəti, tələbələr, eyni zamanda millət vəkilləri - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Aydın Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov  iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad  ediblər. Tədbirdə universitetin  rektoru, professor Gülçöhrə Məmmədova müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milləti və xalqı qarşısında olan misilsiz xidmətlərindən danışıb. Ulu öndərin dünya siyasətinə adını yazan mütəfəkkir şəxsiyyət, müdrik siyasi lider və fenomenal şəxsiyyət olduğunu vurğulayıb. Rektor ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə müşahidə olunan irəliləyiş, mühüm inkişafı diqqətə çatdırıb. Hazırda memarlıq və inşaat sahəsində peşəkar kadr hazırlığı aparan ali təhsil ocaqlarından olan Memarlıq və İnşaat Universitetinin yaradılması təşəbbüsünün də məhz Heydər Əliyev tərəfindən gerçəkləşdiyini qeyd edib.

Çıxış edən millət vəkilləri Şahin İsmayılov, Aydın Hüseynov, YAP-ın nümayəndəsi Seymur Orucov ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki rolundan, ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söhbət açıblar.

AzMİU-nun tələbələri Fidan Məmmədzadə və Ülvi Verdiyev isə ulu öndərin gənclər siyasətindən danışıblar, ümummilli lider Heydər Əliyevin gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında böyük xidmətlərini xatırladıblar.

 





11.12.2017    çap et  çap et