525.Az

“Sola dönmək qadağandır” - Cəlil Cavanşirdən yeni kitab


 

“Sola dönmək qadağandır” - <b style="color:red">Cəlil Cavanşirdən yeni kitab</b>

Dekabrın 16-da, saat 15:00-dan 17:00-dək "Kitabevim.az" kitab mağazasında Tanınmış şair-tərcüməçi Cəlil Cavanşirin yenicə çapdan çıxmış "Sola dönmək qadağandır" esselər kitabının təqdimat mərasimi baş tutacaq.

525.az-ın məlumatına görə, "Xan" Nəşriyyatında işıq üzü görən kitabın naşiri və redaktoru Müşfiq Xan, korrektoru Asifə Əfəndi, texniki redaktoru BəxtiYar, dizayner-qrafisti Tamerlan İsmayılzadə, rəssamı isə Elmail Qulamidir.

Kitabın qiyməti 7 manatdır.

Kitabın önsifariş kampaniyası da davam edir. Kampaniya çərçivəsində satışa çıxarılan kuponların qiyməti 6 manatdır.

Kuponu alan şəxslər təqdimat günü kitablarını əldə edə biləcəklər.

Təqdimatın informasiya dəstəkçisi Parafr.az saytıdır.

 





11.12.2017    çap et  çap et