525.Az

Xoreoqrafiya Akademiyasında Heydər Əliyev anıldı


 

Xoreoqrafiya Akademiyasında Heydər Əliyev anıldı <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda elmi konfrans keçirilib.

BXA-dan 525.az-a verilən məlumata görə, konfransı açıq elan edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev giriş sözü ilə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb.

T.Əfəndiyev çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini ölkənin hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, Azərbaycan mədəniyyəti və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib.

Elmi konfransda həmçinin,  fəlsəfə üzrə elmlər doktoru Əlikram Tağıyev “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru İmruz Əfəndiyeva “Heydər Əliyevə həsr olunmuş musiqi əsərləri”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev “Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyinin banisidir”, Rejissorluq ixtisası üzrə  I kurs magistr tələbəsi Aytac Hüseynova  “Ümummilli lider və vətənpərvərlik fenomeni” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video süjetlər nümayiş olunub. Tədbir Heydər Əliyevə həsr olunmuş “Xalqa bağlanan ömür” adlı sənədli filmin nümayişi ilə sona çatıb.

 





12.12.2017    çap et  çap et