525.Az

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru


 

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru<b style="color:red"></b>

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş texnoloqu, 1984-cü il təvəllüdlü İsmayılov İsmayıl Teyyub oğlu 2017-ci ilin iyunun 23-də kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib və 2017-ci ilin dekabrın 1-də kimya üzrə elmlər doktoru diplomunu alıb.

Onun elmi rəhbərləri akademik Vaqif Abbasov və Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) professoru Yelena Nikolayevna Yefremenkodur.

İ.İsmayılov Beynəlxalq Mendeleyev kimya olimpiadasının qalibi olaraq MDU-nun Kimya fakültəsinə imtahansız qəbul olunmuş, 2006-cı ildə oranı müvəffəqiyyətlə bitirib.

2011-ci ildə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, ümumilikdə 82 elmi əsərin, o cümlədən, 1 patentin və 1 monoqrafiyanın müəllifidir. 40-dan çox elmi əsəri dünyanın nüfuzlu jurnallarında çap olunub.

İ.İsmayılov hələ Moskvada tələbə olarkən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvü kimi Azərbaycan diasporasının işində də fəal iştirak edib.

İ.T. İsmayılov 25 illiyini bu il qeyd etmiş Yeni Azərbaycan Partiyasının AMEA-nın adakemik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundakı ilk partiya təşkilatının sədridir.

 





12.12.2017    çap et  çap et