525.Az

Mingəçevirdə yanğın: 5 nəfər xilas olundu


 

Mingəçevirdə yanğın: 5 nəfər xilas olundu <b style="color:red"></b>

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





12.12.2017    çap et  çap et