525.Az

ADPU-nun siması uğurlu islahatlarla yenilənməkdədir


 

ADPU-nun siması uğurlu islahatlarla yenilənməkdədir<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universiteti son dövrlər keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
 
23 iyun 2016-cı ildə professor Cəfər Cəfərov ADPU-ya rektor təyin ediləndən dərhal sonra universitetin hər bir sahəsində islahatlara başlanılıb. Buna səbəb universitetdə yığılıb qalan, həllini gözləyən problemlər idi.

Rektor Cəfər Cəfərovun qarşıya qoyduğu əsas istiqamətlərdən biri də kadr siyasəti ilə bağlıdır. Bu istiqamətdə professor-müəllim heyətinin işə qəbulunda bir sıra yeniliklərin həyata keçirilməsinə başlanıldı. Kadrların seçilməsində tam ob-yektivlik, haqq-ədalət, seçilən mütəxəssislərin biləvasitə elmi-pedaqoji baxımdan ali məktəbin tələblərinə cavab verməsi prioritet tələblərdən biri oldu. Belə ki, 2016-2017-ci tədris ilinin ikinci yarısında ADPU-da tədris olunan fənlər üzrə mü-sabiqəyə çıxarılmış vakant 114 yer uğrunda 150-si digər müəssisələrdən olmaqla, 500 nəfər mübarizə aparırdı. 2017-ci ilin iyun ayında başa çatmış həmin müsabi-qədə 100 nəfər ADPU-dan, 12 nəfər isə digər müəsissələrdən olan əməkdaşlar qalib gəldi.

Qeyd edək ki, universitet tərəfindən müsabiqənin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə açıq dərslərin keçirilməsi tələb olunurdu. Burada xüsusi olaraq vurğulayaq ki, bu dərslərin hər birinin videoçəkilişləri aparıldı ki, bu da professor-müəllim heyətində rəqabət və məsuliyyət hissini birə-beş artırdı.

Kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün təşkil edilmiş müsabiqədə iştirak etmiş müəllimlərdən biri kimi onu qeyd edim ki, müsabiqə meyarları qabaqcadan univer-sitet rəhbərliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş və bütün kafedralara pay-lanılmışdır. Keçirilən açıq dərslərin videoçəkilişləri fakültə Tədris-Metodiki Şurasının üzvləri tərəfindən 33 meyar üzrə təhlil edilmiş və obyektiv qiymətləndirilmişdir. Tamamilə açıq və şəffaf keçirilmiş müsabiqədə qalib gəlmiş şəxslərdən biri kimi bu şəraiti bizim üçün yaratmış rektor, professor Cəfər Cəfərova dərin təşəkkürümü bildirirəm.

Sevindirici haldır ki, universitet tarixində ilk dəfə olaraq kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün təşkil edilən müsabiqədə qalib gəlmiş müəllimlərin hər birinə rəh-bərlik tərəfindən sertifikatlar verilmiş və sosial durumlarının yaxşılaşdırılması məqsədilə onların əmək haqlarına 100 manat əlavə olunmuşdur. Təbii ki, bütün bunlar biz müəllimlərdə xoş hisslər doğurmaqla yanaşı, dərslərin keyfiyyətli təd-risi istiqamətindəki səylərimizin daha da artırılmasına təsir etdi.

ADPU-da kadr siyasəti davamlı şəkildə həyata keçirilməkdədir. Təqdirəlayiq haldır ki, ADPU-da fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün nəzərdə tutulmuş müsabiqə başa çatdıqdan sonra vakant fakültə dekanı (4 fakültə) və kafedra müdiri (16 kafedra) vəzifələrini tutmaq üçün müsabiqə elan edildi. Bu müsabiqənin şərtləri 11 avqust 2017-ci ildə “Xalq qəzeti”, “Azərbaycan müəllimi” qəzetində və ADPU-nun saytında yerləşdirildi. Qeyd edək ki, 15 avqust-15 sentyabr 2017-ci il tarixlərində həmin müsabiqədə işti-rak etmək istəyən 37 nəfərin sənədləri qəbul edilmişdir ki, bunlardan da 34 nəfəri ADPU-dan, 3 nəfəri kənar müəsissələrdən idi.

Bu müsabiqəni keçirmək üçün yaradılmış 25 nəfərdən ibarət komissiya (Komissiyanın sədri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdi idi. Komissiyanın 3 nəfər üzvü kənar müəsissədən idi: Şahlar Əsgərov-“Şöhrət” ordenli, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika-riyaziyyat üzrə elmlər doktoru; Əjdər Ağayev-Azərbaycan Təhsil Şurasının sədri, Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru, professor; Zaur Bağırov-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə üzrə elmlər doktoru) öz iclaslarını Təhsil nazirinin 9 mart 2011-ci il tarixli 400 N-li əmrində göstərilən qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun şəkildə təşkil etmiş, keçirdiyi 35 iclasın hər birində obyektivlik və şəffaflığı gözləmiş, hər bir iddiaçının idarəetmə sahəsindəki qabiliyyət və bacarıqlarını müəyyənləşdirmiş, onların həmin vəzifələrə

uyğun olub-olmadığını əsaslandırmışdır. Gərgin zəhmət hesabına komissiya öz işini vaxtından əvvəl başa çatdıraraq ADPU üzrə vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinə layiq hesab etdikləri iddiaçıların hər biri barədə rektora təqdimat yazmışdır. Rektor bu təqdimatları bütün parametrlərinə görə düzgün hesab etdiyi üçün onun eynilə əmrləşdirilməsinə göstəriş vermişdir.

Burada bir faktı xüsusi qeyd etmək istəyirəm: işlədiyim Tarix və coğrafiya fakültəsində dekan seçkisi şəffaf və demokratik prinsiplər əsasında həyata keçirildi. Fakültənin 7 kafedrasının hər birində dekan seçkisi kafedra üzvlərinin iştirakı ilə, həm də açıq səsvermə yolu ilə keçirildi. Bu vəzifəyə iki nəfər iddialı idi: -Şahin Pənahov və Ramil Rüstəmov. Kafedra üzvlərinin əksəriyyəti açıq səsvermə yolu ilə keçirilən seçkidə öz səslərini coğrafiya üzrə fəlsəfə doktoru, dosent Şahin Pənahova verdilər. Bu da səbəbsiz deyildir. Belə ki, Şahin müəllim, sözün həqiqi mənasında, yüksək intellekt səviyyəsinə malik, təcrübəli, kol-lektivimiz tərəfindən qısa zaman kəsiyində böyük rəğbət qazanmış bir alimdir. Burada bir məqamı da vurğulayaq ki, həmin vəzifəyə iddialı olan tarix üzrə fəlsəfə doktoru Ramil Rüstəmov (Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu) seçkidə uğur qazanmasa da, bu seçkinin obyektivliyi və şəffaflığını xüsusi dəyərləndirdi. Ramil Rüstəmovun bir fikrini eynilə təqdim etməyi məqsədəuyğun bildik: “ADPU-ya hörmətli Cəfər müəllimin rektor təyin edilməsindən sonra bu universitetdə bir canlanma və inkişaf müşahidə olunur. Müəllim və digər vəzifəli şəxslərin seçki yolu ilə seçilməsi bunun bariz nümunəsidir. Dekan və kafedra müdirlərinin seçki yolu ilə seçilməsi, demək olar ki, ADPU-da ən təqdirəlayiq hallardandır və bundan ruhlanıb mən də bu seçkidə iştirak etdim. Seçki komissiyasının bütün üzvləri, demək olar ki, mənim platformamı yüksək qiymətləndirdilər. Sonda seçilməsəm də, bu məni heç də ruhdan salmadı və mən bu universitetdə keçiriləcək növbəti seçkidə də iştirak edə-rək çox istəyirəm ki, vaxtilə ADPU-da qazandığım bilik və bacarıqlarımı bir daha nümayiş etdirim. Çünki ADPU mənim üçün doğma bir ocaq, bir universitetdir”.

Sonda isə qeyd etmək istəyirəm ki, bütün bunlar ADPU-nun inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Taleh CƏFƏROV
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru

 





12.12.2017    çap et  çap et