525.Az

Minnətdarlıq


 

Minnətdarlıq<b style="color:red"></b>

Yubileyim ərəfəsində haqqımda telefilm çəkilməsinə xeyir-dua verən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, yaradıcılığıma səxavətlə məqalələr həsr edən Xalq yazıçıları Elçin və Anara, Xalq şairləri Nəriman Həsənzadə və Sabir Rüstəmxanlıya, tanınmış şair Vaqif Bəhmənli və jurnalist Rəhilə Gülgünə, professorlar Şirindil Alışanlı, Əjdər Ağayev və Buludxan Xəlilova, "Təhsil" nəşriyyatının direktoru Tural Axundova minnətdarlığımı bildirirəm.
 
Xüsusi olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya səmimi təbrik məktubuna görə təşəkkür edirəm.
 
Yubiley günlərində yaradıcılığıma iki məqalə həsr edən, Milli Elmlər Akademiyamızda 80 illik yubileyimi təşkil edən və yüksək səviyyədə keçirən Akademiyamızın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə dərin minnətdarlığımı bildirirəm. Yubiley yığıncağında mənalı çıxışlarına görə Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova, akademiklər Teymur Bünyadov, Nizami Cəfərov, Əhliman Əmiraslanov və Misir Mərdanova, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə, Tovuz Rayon İcra Hakimiyyyətinin başçısı Tofiq Zeynalova təbrik məktubuna və Tovuzda haqqımda film çəkilərkən göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm.

Kərküklü alimlər Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Küzəçi haqqımda "Kərkük sevdalısı Qəzənfər Paşayev" adlı kitab (Kərkük, 2017, 152 səh.) yazaraq yubileyimdə mənə ərmağan etdiklərinə və çıxışlarında ünvanıma xoş söz dediklərinə görə çox sağ olun deyirəm.

Yubileyim ərəfəsində haqqımda yazılan məqalələri səxavətlə çap edən və yubiley tədbirimi işıqlandıran "Azərbaycan", "Ədəbiyyat", "525-ci qəzet" və "Ədalət" qəzetinin redaktorlarına səmimi duyğularımı və minnətdarlığımı bildirirəm.

Xüsusi minnətdarlığımı "Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından "Qəzənfər Paşayev. Biblioqrafiya" tərtib edərək nəfis şəkildə buraxdıqlarına görə (Bakı, "Zərdabi" nəşriyyatı, 2017, 320 səh., redaktoru G.Səfərəliyeva, elmi redaktoru professor Kərim Tahirov) Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının kollektivinə ən səmimi arzularımı çatdırıram.

Eləcə də yaradıcılığıma xüsusi buraxılış - "Qəzənfər Paşayev - 80" həsr edən Tovuz Xeyriyyə Cəmiyyətinə və "Tovuz" qəzetinin kollektivinə, haqqımda səmimi ürək sözlərini əsirgəməyən Tovuz alim və ziyalılarına, xüsusən də Cəmiyyətin sədr müavini Çingiz Abbasova, buraxılışa məsul Ramiz Hümmətova minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,
Qəzənfər Paşayev

 





12.12.2017    çap et  çap et