525.Az

Silahlı Qüvvələr beynəlxalq terrorçuluqla mübarizə aparacaq


 

Silahlı Qüvvələr beynəlxalq terrorçuluqla mübarizə aparacaq<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

APA-nın məlumatına görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 





12.12.2017    çap et  çap et