525.Az

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan etdi


 

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan etdi<b style="color:red"></b>

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra  üçüncü İntifadanın başlandığını bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.

“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə A.Alkanu bildirib. 

Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib. 

 





12.12.2017    çap et  çap et