525.Az

ABŞ Türkiyənin Rusiyadan “S-400” kompleksləri alacağından narahatdır


 

ABŞ Türkiyənin Rusiyadan “S-400” kompleksləri alacağından narahatdır<b style="color:red"></b>

ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyinin mümkünlüyündən narahatlıq ifadə etməkdə davam edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib. 

“Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı bizi çox narahat edir. Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Bir çox sahələr üzrə, “S-400” də daxil olmaqla narahatlığımızı ifadə etməkdə davam edirik. Bu türklərlə apardığımız danışıqların bir hissəsidir”, - deyə o Senatın beynəlxalq işlər komitəsində çıxışı zamanı bildirib.    

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək. 

V.Putin isə, öz növbəsində, iki ölkə arasında  hərbi kredit sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.

 





12.12.2017    çap et  çap et