525.Az

YUNİSEF: "Konqoda 400000-dək uşaq acından ölə bilər"


 

YUNİSEF: "Konqoda 400000-dək uşaq acından ölə bilər"<b style="color:red"></b>

Konqoda 400 000-dək uşaq acından ölə bilər, yaxın yarım il ərzində ölkədə ərzaqla bağlı vəziyyətin normallaşacağı proqnozlaşdırılmır. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə YUNİSEF-in məlumatında qeyd olunur. 

“Kasai bölgəsində azı 400 min həddindən artıq zəif uşaq acından ölə bilər.  Faciəvi vəziyyətin yaranmasına səbəb zorakılıq, insanların kütləvi şəkildə yerdəyişməsi və son 1,5 il ərzində kənd təsərrüfatı işlərinin kəskin azalmasıdır”, - deyə BMT-nin uşaq fondundan bildirilib.

Cari ildə əkin mövsümü səmərəsiz keçdiyindən humanitar vəziyyətin azı 2018-ci ilin iyununadək çox ağır olacağı proqnozlaşdırılır.

 





13.12.2017    çap et  çap et