525.Az

Ümummilli lider "Azərkitab-Təbliğat Mərkəzi"ndə yad edildi


 

Ümummilli lider "Azərkitab-Təbliğat Mərkəzi"ndə yad edildi<b style="color:red"></b>

Dekabrın 11-də "Azərkitab-Təbliğat Mərkəzi"ndə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

Qurumun əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Sabir Həsənov Ümummilli liderin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açıb, onun doğum günündə fəaliyyətə başlamış "Azərkitab-Kitab Təbliğatı Mərkəzi"nin Ulu öndərin ideyalarına sədaqətlə xidmət edəcəyini vurğulayıb.

Vurğulanıb ki, Ulu öndərin kitaba, təhsilə verdiyi qiymət mərkəzin fəaliyyət proqramı kimi qəbul edilib.

Sonra tədbirdə iştirak edən elm, mədəniyyət xadimləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.

Şahanə MÜŞFİQ

 





13.12.2017    çap et  çap et