525.Az

Baş nazirin köməkçilərinin sayı azaldıldı


 

Baş nazirin köməkçilərinin sayı azaldıldı<b style="color:red"></b>

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.

Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.

 





13.12.2017    çap et  çap et