525.Az

iPhone 5 alarkən bunlara diqqət edin


 

iPhone 5 alarkən bunlara diqqət edin<b style="color:red"></b>

525.az yeni iPhone 5-in bəzi diqqət edilməyən xüsusiyyətlərini təqdim edir.

- Apple-in yeni model telefonuyla foto çəkən istifadəçilər gözlənilməz “göy effekt”lə rastlaşırlar. Foto çəkilən zaman ekranda olan göyərməni isə şirkət təbii bir hal kimi qiymətləndirib. Sadəcə çəkiliş zamanı işığın düşüb-düşməməsinə diqqət etmək lazımdır.

- Apple 2007-ci ildə çıxardığı ilk iPhone-dan sonra ilk dəfə ekran ölçüsündə dəyişiklik edib. iPhone 4-ün 3.5-lik ekranı olduğu halda, yeni modelın ekranı 4-lükdür.

- “Ağıllı telefonlar”ın ağır olmasını xoşlamayanlar isə bu xəbərə sevinəcək. iPhone 5 112 qramdır. iPhone 4 140, Samsung Galaxy 3 isə 133 qramdır.

- Yeni iPhone-dan daha çox yaddaş həcmi gözləyənlər isə yanılıblar. iPhone5 də özündən əvvəlki model kimi 16 GB, 32 GB, 64 GB seçimlərindən vaz keçməyib. Samsung Galaxy S3 dən fərqli olaraq Apple-in məhsulunda yaddaş kartından istifadə etmək olmur.

- Həmçiniin iPhone4-də olduğu kimi 5-ci buraxılışda da kamera 8 meqapikseldir. Ancaq yeni kamera daha balacadır və 40 faiz daha sürətli çəkiliş edə bilir.

- İstifadəçilərin şikayətləri də az deyil. Bəzi istifadəçilər iPhone5-in yeni “Lightning” xəttiylə USB xəttinin çox sərt olduğunu, çıxararkən problem yaşadıqlarını deyirlər.

- Apple məhsullarında olan “işıq sızıntısı” iPhone5-də də yaranıb. Qaranlıqda telefonun üst hissəsi işıq saçır. Bu işığın ekranda istifadə olunan quruyucu maddənin tam qurulmamasıyla bağlayırlar. Amma bu səbəbdən iPhone-ları dəyişdirənlər olub.

 





03.10.2012    çap et  çap et