525.Az

İsrail hərbçiləri Qəzza zolağından atılan raketləri vurdular


 

İsrail hərbçiləri Qəzza zolağından atılan raketləri vurdular<b style="color:red"></b>

İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.

Məlumata əsasən, “Dəmir Günbəz” havadan müdafiə sistemi Qəzza zolağından Sderot şəhəri istiqamətində atılan iki raketi vurub.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

 





14.12.2017    çap et  çap et