525.Az

Rusiya kosmosa turist göndərəcək


 

Rusiya kosmosa turist göndərəcək<b style="color:red"></b>

Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır.

Hazırda kosmik uçuşların qiyməti 35 milyon dollara yaxındır. Turist uçuşlarının başlayacağı müddətədək qiymətlərin dəyişə biləcəyi istisna olunmur.

Bir müddət əvvəl Rusiyanın “Kosmokurs” şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır.

 





14.12.2017    çap et  çap et