525.Az

Jurnalist adı ilə qürur duyan qız


 

Jurnalist adı ilə qürur duyan qız<b style="color:red"></b>

Jurnalistika çətin, lakin şərəfli peşə sahəsidir. Azad, müstəqil sözə ehtiyac olan cəmiyyətdə onun rolu xüsusi önəm kəsb edir.

Müstəqillik əldə edildikdən sonra respublikamızda yaranan yeni ab-hava, mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafına yönəlmiş mühüm addımlar bu peşəyə marağın daha da artmasına səbəb olub. Ölkə mediasında yeni, gənc qüvvələr geniş təmsil olunmağa başlayıb. Jurnalistika peşəsinə yiyələnmək, peşəkar jurnalist olmaq istəyi ilə nüfuzlu ali təhsil ocaqlarına üz tutan gənclərin sayı ilbəil artır.Təqdirəlayiq haldır ki, bu çətin və məsuliyyətli peşəyə gələnlərin sırasında qızlar da yetərincədir. Ağcabədidən olan 17 yaşlı Nuray Uğurqızı məhz belələrindəndir.

Bu il adıçəkilən şəhər 9 saylı tam orta məktəbini müvəffəqiyyətlə bitirən gənc qız qəbul imtahanlarından yüksək bal toplayaraq, Bakı Dövlət Universisetinin jurnalistika fakültəsinə daxil olub. Nuray qabiliyyət imtahanlarında da uğurla iştirak edib. Özünün dediyinə görə, jurnalist olmaq istəyi qəlbində lap kiçik yaşlarından baş qaldırıb. Bu istəyi onda babası Dilsuz Kazımov yaradıb. O da vaxtilə Azərbaycan Dövlət Universisetinin (İndiki BDU-nun) jurnalistika fakültəsində təhsil alıb. Uzun illər rayonda çıxan "Aran" qəzetində çalışan D.Kazımov öz səriştəli və cəsarətli yazıları ilə tanınıb. Balaca Nuray babasının gördüyü işlərlə maraqlanıb. Yanında saatlara əyləşərək qəzet üçün materialları necə hazırladığım izləyib. Ondan çox şey öyrənib, yaddaşına köçürüb. Odur ki, böyüyəndə babasının yolunu davam etdirərək, jurnalist olmaq qərarına gəlib.

Gənc qız bu gün arzusuna qovuşduğuna görə özünü çox xoşbəxt sayır, universitetdə təhsil almağından qürur və fərəh hissi keçirir. Belə bir uğurun qazanılmasında ona dəstəyi olan sevimli müəllimlərinə, valdeynlərinə, xüsusilə atası Uğur Kazımova öz təşəkkürünü bildirir. İlk günlərdən təhsil aldığı ali məktəbdə özünə çoxlu dostlar qazanan Günay Uğurqızı burada görkəmli jurnalistlərdən, alim və mütəxəssislərdən jurnalist peşəsinin sirlərini öyrənir. O, gecəni-gündüzə qataraq, həvəslə dərslərini oxuyur, məşğələlərə səylə hazırlaşır. Nuray bu sahədə böyük bacısı Ayandan lazımi istiqamət və dəstək alır. Maraqlıdır ki, Ayan Kazımova da  Bakı Dövlət Universitetində təhsil alır. O, biologiya fakültəsində IV kurs tələbəsidir. Gələcəkdə əsil jurnalist kimi yetişib vətənə, xalqa layiqincə xidmət göstərmək arzusunda olan Günay Uğurqızı ömrünün ən gözəl anlarını yaşayır, sabaha doğru inamlı addımlar atır. Bu yolda ona uğurlar diləyirik.

Yəhya PAŞAZADƏ

 





14.12.2017    çap et  çap et