525.Az

ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmaq niyyətindədir


 

ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmaq niyyətindədir<b style="color:red"></b>

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. 

“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Heyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.      

N.Heyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.

 





15.12.2017    çap et  çap et