525.Az

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu


 

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu<b style="color:red"></b>

Yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.

Kulis.az-ın məlumatına görə qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.

Müsabiqənin məqsədi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.

 





15.12.2017    çap et  çap et