525.Az

Qəbələdə “Vətənin müdafiəsinə hazıram!”adlı tədbir


 

Qəbələdə “Vətənin müdafiəsinə hazıram!”adlı tədbir <b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirib.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Abil Ağasəfov ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edərək bildirib ki, Xidmət öz fəaliyyətində bu mövzuya xüsusi diqqət yetirir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər gənclərin milli ruhda tərbiyə edilməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladılar.

 





15.12.2017    çap et  çap et