525.Az

Füzuli məktəbliləri Hüseyn Cavidi yad etdilər


 

Füzuli məktəbliləri Hüseyn Cavidi yad etdilər<b style="color:red"></b>

Dekabrın 14-də Bakı şəhərində yerləşən Füzuli rayonu 56 nömrəli məktəbdə böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim kollektivi, ziyalılar, Cavidsevərlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ehtiram Səfərov Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onu Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinin ən parlaq simalarından biri kimi xarakterizə edib.

Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində böyük xidməti olan, ömrünün 40 ilini Cavid irsinin öyrənilməsinə sərf etmiş daxili xidmət polkovniki Həmid Cəfərov Cavidin həyatının sürgünlük dövründən, dünyasını dəyişməsi səbəbindən və tarixindən, 35 il öncə şairin nəşinin Uzaq Sibirdən Azərbaycana necə gətirilməsindən ətraflı söz açıb. Şairin nəşinin Sibirdən Azərbaycana gətirilməsi prosesinin çətinliyindən bəhs edən H.Cəfərov Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə bu çətin işin öhdəsindən gəldiklərini vurğulayıb.

Tədbir məktəblilərin ifasında “İblis” tamaşası ilə yekunlaşıb.

ŞAHANƏ

 





16.12.2017    çap et  çap et