525.Az

Prezident İlham Əliyev: gürcü naziri qəbul edib


 

Prezident İlham Əliyev: gürcü naziri qəbul edib<b style="color:red"></b> Prezident İlham Əliyev iyunun 10-da Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın məlumatına görə, dövlət başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olmaları ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verib.

Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib.

Nazir Gürcüstanın baş naziri  Bidzina İvanişvilinin salamlarını dövlət başçısına çatdırıb. O, prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin baş naziri tərəfindən yüksək qiymətləndirildiyini deyib.
 
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu deyib. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlət başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı Bidzina İvanişvilinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.
 





10.06.2013    çap et  çap et