525.Az

Azərbaycanın tanınmış veteran futbolçusu dünyasını dəyişdi


 

Azərbaycanın tanınmış veteran futbolçusu dünyasını dəyişdi<b style="color:red"></b>

Gəncə futboluna ağır itki üz verib. Qol.Az-ın “Futbol +” qəzetinə istinadən yaydığı xəbərə görə, uzun sürən xəstəlikdən sonra futbol veteranı Nizami Salahov dünyasını dəyişib.

Nizami Salahov 1965-75-ci illərdə Azərbaycanın tanınmış hücumçularından olub. Gəncə “Dinamo”sunun SSRİ çempionatının yüksək liqasına çıxması yolunda önəmli qollar vurub.

“Neftçi”də də çıxış edən N.Salahov 1966-cı ildə paytaxt təmsilçisi SSRİ çempionatının bürünc medalını qazandığı dövrdə bu komandanın formasını geyinib.

Futbolçu karyerasını başa vurduqdan sonra N.Salahov “Kəpəz”in rəisi vəzifəsində də çalışıb.

Allah rəhmət eləsin!

 





11.06.2013    çap et  çap et