525.Az

Millimiz FİFA reytinqində gerilədi


 

Millimiz FİFA reytinqində gerilədi<b style="color:red"></b>

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ln məlumatına görə, ötən ayla müqayisədə 4 pillə geriləyən Azərbaycan milli komandası 309 xalla 111-ci mövqedə qərarlaşıb.

Dünya çempionatı - 2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya reytinqdə 3-cü (+1), Rusiya 12-ci (+1), İsrail 82-ci (-7), Şimali İrlandiya 117-ci (+12), Lüksemburq isə 142-ci (-36) yeri tutur.
 
Növbəti reytinq cədvəli noyabrın 7-də açıqlanacaq

 





03.10.2012    çap et  çap et