525.Az

Mehmanxana tipli obyektlərin siyahısı açıqlandı


 

Mehmanxana tipli obyektlərin siyahısı açıqlandı<b style="color:red"></b>

Nazirlər Kabineti “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, siyahıya 19 yerləşmə vasitəsi növü daxil edilib.

Bura mehmanxanalar və motellər, sanatoriyalar, pansionatlar, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinqlər, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binalarda mənzillər (otaqlar), hostellər, dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri daxildir.

 





25.12.2017    çap et  çap et