525.Az

"Radikal qrupların kök atmasının qarşısı alınıb"


 

"Radikal qrupların kök atmasının qarşısı alınıb"<b style="color:red"></b>

"Bu il Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində ciddi tədbirlər görülüb. İslam Həmrəyliyi ili çərçivəsində mühüm işlər həyata keçirilib".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi hüquq-mühafizə orqanları ilə birlikdə dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirib:

"Nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb. Azərbaycanda ictimai-siyasi, dini sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir".

 





27.12.2017    çap et  çap et