525.Az

Yaxın gələcəkdə 30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək


 

Yaxın gələcəkdə 30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Həcc və ümrə ziyarəti zamanı Məkkədə 30 milyon nəfəri qarşılaya bilmək üçün yeni layihələr hazırlayıb.

APA-nın yerli “SPA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Ciddə şəhərində konfrans təşkil edilib. Layihədə 2030-cu ilədək Məkkədə abadlaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bu məqsədlə Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su,  xətlərində və tibb məntəqələrində yenidənqurma işlərinin həyata keçirilməsi, otellərin sayının artırılması, Ciddə şəhərindəki hava limanının böyüdülməsi planlaşdırılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti zamanı təxminən 5 milyon, Həcc ziyarəti zamanı 2 milyon zəvvarı eyni anda qəbul edə bilir.

 





29.12.2017    çap et  çap et