525.Az

Necati Şaşmaz: "Mən Atatürkün əsgəriyəm"


 

Necati Şaşmaz: "Mən Atatürkün əsgəriyəm"<b style="color:red"></b>

Türkiyənin baş naziri Rəcəb Tayyib Gezi parkı etirazçılarının liderləri ilə 4 saat yarım görüşdükdən sonra "Ədalət və İnkişaf Partiyası"nın baş ofisində tanınmış aktyorlar Necati Şaşmazı və Hasan Kaçanı da ayrıca qəbul edib. Görüşdən sonra aktyorlar jurnalistlərə baş nazirlə görüş barədə açıqlama veriblər. Necati Şaşmaz Türkiyənin bu baş verənlərə layiq olmadığını deyib.

"Təxminən 2 həftədir hamı kimi mən də məyusam. Təəssüf ki, "Türkiyə bunlara layiq deyil" deməkdən başqa bir şey edə bilmirəm. Məncə, bizə göz dəydi. Biz dinləməyi bacarmalıyıq, dinləyən bir toplum olmaq lazımdır. Eyni dildən istifadə etməliyik. Təbii ki, tərəflər arasında dil fərqi var. Hazırda texnologiya dövründə yaşayırıq. Ünsiyyətdəki boşluğu ancaq bir-birimizə qarşı səbrli olmaqla aradan qaldıra bilərik. Bu məsələ ilə bağlı fikirlərimi, hiss etdiklərimi Baş nazirimizə danışmaq istədim." - Necati Şaşmaz belə deyib.

Tanınmış aktyor Gezi parkına getməsi barədə məlumatları da yalan adlandırıb və heç vaxt bu addımı atmayacağını belə əsaslandırıb: "Mən Gezi parkına getmərəm. "Atatürkün əsgəriyəm" deyənin "bir başqasının əsgəriyəm" deyənlə eyni yerdə olması Atatürkü təhqir etməkdir. Orda da səmimi dostlarımın yanında olmağı mən də istəyərəm. Hər tərəfdə türk bayrağı olsa, inanın, mən də ordayam. Mən başqa bir şey istəmirəm. Bu günləri unutmayaq. Allah hamınıza kömək olsun."

Necati Şaşmaz həmçinin Türkiyənin indi olduğu vəziyyətin dünya ictimaiyyətinin gözündə narahatlıq doğurucu bir vəziyyət olduğunu da vurğulayıb.

 





13.06.2013    çap et  çap et