525.Az

Daşkəsənə polis rəisi təyin olundu


 

Daşkəsənə polis rəisi təyin olundu<b style="color:red"></b>

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri  ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

V. Orucov Göygöl rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, Daşkəsən rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

 





08.01.2018    çap et  çap et