525.Az

Dünyanın ən yaxşı aeroportları


 

Dünyanın ən yaxşı aeroportları<b style="color:red"></b>

Brüssel (Belçika), Nayrobi (Keniya), Dallas (ABŞ), Yekaterinburq (Rusiya) və Sinqapurun (Sinqapur) hava limanları Abu-Dabidə (BƏƏ) keçirilən «World Routes Awards 2012» mükafatlandırma mərasimində ən yaxşı aeroportlar adına layiq görülüb.

«APA-ECONOMICS»in məlumatına görə, 1995-ci ildən keçirilən «World Routes Awards» mükafatının unikallığı ondan ibarətdir ki, qaliblər aeroportlarda yerüstü xidmətləri qiymətləndirən aviaşirkətlər tərəfindən seçilir.

Nominantlar dünyanın 5 regionundan seçilir – Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və MDB (bu nominasiya ilk dəfə olaraq 2012-ci ildə yaradılıb).

MDB məkanında ən yaxşı aeroport adına Yekaterinburqun Koltsovo hava limanı layiq görülüb. Bu hava limanı Moskvanın Şeremetyevo, Novosibirskin Tolmaçevo və Sankt-Peterburqun Pulkovo aeroportlarını geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, ənənəvi olaraq nominantlar arasında yalnız iri hava limanları (Afrika və MDB istisna olmaqla) yer alıb. Lakin bu il ilk dəfə idi ki, ildə 4 mln-dan az sərnişinə xidmət göstərən aeroportlar da müsabiqəyə qatılıb. Bu nominasiyada Avstraliyanın Darvin aeroportu qalib gəlib.

 





03.10.2012    çap et  çap et