525.Az

2017-ci il Türkiyə üçün sürətli inkişaf, sabitlik və tərəqqi ili oldu


 

2017-ci il Türkiyə üçün sürətli inkişaf, sabitlik və tərəqqi ili oldu  <b style="color:red"></b>

2017-ci il Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm, əlamətdar hadisələrlə yadda qalıb.
 
Ölkədə qazanılan uğurların ana təməlində güclü siyasi sabitlik və mükəmməl iqtisadi idarəetmə sayəsində iqtisadi artımın təmin olunması və mükəmməl inkişaf strategiyasının müəllifi olan xarizmatik lider - Prezident Rəcəb Tayyib Ərdoğanın peşəkar idarəetmə məharəti dayanır. Türkiyənin Siyasi lideri ölkənin uğurlarına diqqət çəkərək bildirib ki, 2017-ci il ölkədə ən sürətli iqtisadi artım ili olub: "Millətin birliyi və fərasəti, hökumətin dəyanəti və yorulmadan çalışması sayəsində müvəffəqiyyətlər əldə edilib". Ölkədə ümumi daxili məhsulun istehsalı 7,4 faiz təşkil edib. ÜDM istehsalında sənaye və inşaat sektorunun payı 15 faizdən çox  artıb.

2017-ci ildə türk millətinin üzərinə xarici basqıların, təxribat və spekulyasiyaların artmasına rəğmən ölkədə güclü bank sistemi fəaliyyət göstərib, iqtisadiyyata özəl biznesin maliyyəsi artıb, xüsusilə də, Türkiyə “Exsimbankı” son illərdə iqtisadi sektora investisiyaları yüksəldərək ümumi bank sərmayələrində payını 35 milyard dollara çatdırıb. Ölkənin ixracatı 10,22 faiz artaraq 157 milyard dollara çatıb. Hədəf 2018-ci ildə bu rəqəmi daha 10 faiz artıraraq 170 milyard dollara çatdırmaqdır. Cənab Ərdoğanın vurğuladığı kimi qazanılanlar son 15 ildə yaşanan uğur hekayəsinin davamıdır.  

Ərdoğan ötən il 51 şəhərə 64 dəfə səfər edib... 

Türkiyə hökumətinin ötən il yürütdüyü siyasət iqtisadi inkişafı sürətləndirmək, milli istehsalın və ixracın səviyyəsini yüksəltmək, infrastruktur və investisiya layihələrinin əhatəsini daha da genişləndirməkdən ibarət olub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ildə ölkənin bir çox bölgəsinə səfər edərək mühüm sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və logistika obyektlərinin, istehsal, xidmət, turizm müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Cənab Ərdoğan ötən il Mersin, Şanlıurfa, Ağsaray, Qəhrəmanmaraş, Elaziğ, Malatya, Əskişəhər, Sakarya, Qocaeli, Təkirdağ, Kastamonu, Balıkəsir, Bursa, Trabzon, Rizə, Diyarbəkir, Dənizli, Samsun, Antalya, Ərzurum, Adana, Konya, İğdır, Qars, Manisa, Sivas və digər şəhərlərə ziyarəti çərçivəsində ölkənin iqtisadi və sosial həyatı üçün mühüm əhəmiyyət kəsb edən obyektləri işə salıb. Dövlət başçısı, ötən il ümumilikdə, 51 şəhərə 64 səfər həyata keçirərək vətəndaşların sosial qayğıları ilə yaxından tanış olub.

2017-ci il martın 18-də Türkiyənin daha bir nəhəng nəqliyyat qovşağı - Dardanel körpüsünün təməlqoyma mərasimi keçirilib. Tədbirdə iştirak edən dövlət başçısı yüzminlərlə insan iztihamı altında Türkiyənin milli qürur tarixi və müasir inkişaf yolu haqqında danışıb. Türkiyənin kommunikasiya qovşaqlarından yeni birininin təməlinin atılmasını güclü Türkiyənin quruculuq salnaməsinin əsərlərindən biri kimi dəyərləndirib.

Ötən il Türkiyə Avropa bazarlarında avtomobil və digər sənaye məhsulları ilə sıçrayış edib. Avropa İttifaqının ədalətsiz və ikili standartlarına baxmayaraq bu ölkənin iqtisadi layihələr və ixrac əməliyyatlarında payı artıb, ötən il Aİ ölkələrinə ixrac 3 faiz çoxalıb. Avtomobil sektoru ili 28,5 milyard dollar həcmində ixracla qapadıb və son 12 ildə ard-arda davam edən ixracat sürətini  artırıb, ixracın həcmi 6 faiz yüksəlib. Avtomobil sektorunun Türkiyənin ümumi ixracatında payı 18,4%-ə çatıb. Türkiyənin avtomobil ixracında əsas ölkələr Rumıniya, Rusiya və Almaniya, İtaliya, Böyük Britaniya, Polşa və Sloveniyadır.

Türkiyə hərbi sənaye sahəsində də möhtəşəm uğurlara imza atıb. Ölkənin “Altay” tankları son illərin ən mükəmməl hərbi sənaye axtarışlarının nəticəsi olmaqla türk ordusunun qüdrətini artıran faktorlardan birinə çevrilib. Hərbi gəmi istehsalı reallaşdırılıb, “ATAK” hərbi helikopterləri, “Əjdər Yalçın” zirehli maşınları, “Igla” və “Igla-S” raketləri ölkənin müdafiə qüdrətinə güc qatıb. Ötən il xarici ölkələr Türkiyə ilə 6,5 milyard dollarlıq hərbi məhsulların sifarişinə dair müqavilə imzalayıb. Ölkənin hərbi sənaye markası sayılan “Aselsan” şirkəti ötən il hərb sənayesini daha da müasirləşdirib, hərbi arsenala ən innovativ texnoloji məhsullar bəxş edib. Ölkənin vertolyot parkı, “M 60t” tanklarının modernləşdirilməsi, yeni zirehli texnika və silah sistemlərinin istifadəyə verilməsi Türkiyənin müdafiə qabiliyyətinin artırılmasında mühüm rol oynamaqdadır. Şirkət 2017-ci ildə hərbi elektrotexnika və naviqasiya sistemləri üzrə dünya bazarında ilk onluqda yer alıb. Hədəflər isə daha böyükdür. Türkiyə dünya hərbi təyyarə sənayesində inqliab sayıla biləcək layihəni – “TF-X” bombardmançı təyyarənin hazırlıqlarını sürətləndirib. 2023-cü ildə havaya qalxacaq türk şahinləri bununla dünya arenasında öz gücünü nümayiş etdirəcək. 

Xarici siyasətdə möhtəşəm uğurlar... 

Ötən il Türkiyənin xarici siyasəti yaddaqalan hadisələrlə zəngin olub. Rəcəb Tayyib Ərdoğanın dünyanın 4 qitəsinə səfərləri çox məzmunlu olmaqla dünya siyasi institutlarının müzakirəsinə yer tutan əsas mövzularından biri kimi diqqəti cəlb edib. Ötən il ərzində 25 ölkəyə 34 səfər həyata keçirən dövlət başçısı Tunis, Cad, Sudan, Qətər, Küveyt, Bəhreyn, Madaqaskar, Mozambik, Tanzaniya, Polşa, Serbiya, Ukrayna, İran, İordaniya, Qazaxıstan, Səudiyyə, Ərəbistanı, Almaniya, Belçika, Çin, Hindistan, Pakistan və digər ölkələrə səfərləri çərçivəsində olduqca strateji əhəmiyyət daşıyan və ölkələr arasında siyasi dialoqu möhkəmləndirən danışıqlar aparıb, strateji əməkdaşlığı zirvəyə daşıyan sənədlər imzalayıb.

Ötən il Türkiyə-ABŞ münasibətlərinin inkişafı ilə bağlı da səylər artırılıb. Rəcəb Tayyib Ərdoğan mayın 15-də ABŞ-a səfər edib. Mayın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüşü tərəflər arasında əlaqələrə “yeni nəfəs” verib və gələcək əməkdaşlığın strateji prioritetlərinin müəyyənləşdirilməsi baxımından dərin zəmin yaradıb. Görüş neçə aydır ki, davam edən ABŞ-Türkiyə münasibətlərindəki soyuqluğun aradan qalxması, bir sıra məsələlərdə narahatlıqlara və qaranlıq məqamlara aydınlıq gətirilməsi, birgə regional siyasi baxışlarda konkretliyin müəyyən edilməsi baxımından da faydalılığı ilə yadda qalıb. Tramp və Ərdoğan arasında keçirilən görüşdə regional əməkdaşlığın möhkəmləndirilməsi, demokratik islahatların həyata keçirilməsi, dünyada təhlükəsizliyin gücləndirilməsi, siaysi və iqtisadi layihələrin davam etdirilməsi və digər məqamlar da müzakirə olundu və tərəflərin bu məsələlərdə ortaq məxrəcə gəldiyi bəyan edilib. R.T.Ərdoğan  sentyabrın 17-21-də ABŞ-da səfərdə olarkən ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli danışıqlar aparılıb.

2017-ci il Rusiya-Türkiyə münasibətlərinin dinamik inkişafı baxımından ən əlamətdar il kimi səciyyələndirilə bilər. Ötən il Türkiyənin dövlət başçısı mayın 10-da və noyabrın 17-də Rusiya Federasiyasında səfərdə olub. Eyni zamanda, bu faydalı və praktiki baxımdan səmərəli olan bu görüşlərin məntiqi davamı kimi Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28 və  dekabrın 11-də Ankaraya səfər etdi. Hər iki ölkənin siyasi iderləri həm Moskva, həm də Ankarada sıx əməkdaşlıq və səmimi, mehriban təmaslarla müşayiət olunan atmosferada mətbuatın qarşısına çıxaraq verdikləri bəyanatlarda Türkiyə-Rusiya strateji müttəfiqliyinin yeni dönəmə qədəm qoyduqlarını bəyan etdilər. Səfərlər hər iki tərəf arasında əlaqələrin inkişaf etdirilməsində yeni mərhələ açıb. İkitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpasının, nəhəng layihələr olan Türk Axını və Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşasınnın perspektivlərinə yaşıl işıq yandırıb.

2017-ci ildə Türkiyənin ticarət partnyorları sırasında mühüm yer tutan Rusiyi ilə iqtisadi münasibətlərin istiləşməsi, 2016-cı ildə dondurulmuş ticarət əlaqələrinin ötən il yenidən bərpa olunması, kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına manesiz daxil olması mal mübadiləsində dinamikanı artırdı. Türk ixracatçıları yenidən Rusiya bazarlarına möhkəm yerini tutmağa başladı.

Türkiyə tarixində 65 illik uzun fasilədən sonra Ərdoğan donmuş soyuq buzunu qıraraq 2017-ci il dekabrın 7-8-də Yunanıstana səfər etdi. 1952-ci ildən sonra heç bir dövlət başçısının gerçəkləşdirmədiyi siyasi jesti etdi və Ərdoğan həmin səfəri ilə Türkiyə-Yunanıstan əlaqələrində yeni səhifə açdı. Yunanıstanın dövlət və hökumət başçısı ilə faydalı ikitərəfli görüşlər keçirməklə yanaşı, Qərbi Trakyada türklərilə də bir araya gələn Ərdoğan onların yaşadıqları problemlərlə yerində tanış oldu, Trakyanın sosial həyatını beynəlxalq ictimaiyyətin gündəminə çıxartdı. Qərbi Trakya türklərini iqtisadi, sosial, siyasi və mədəniyyət sahəsində üzləşdikləri çətinliklərin aradan qaldırılması, qlobal insan haqları anlayışına uyğun olaraq hər növ imkandan  istifadə edilməsi üçün yunan hökuməti qarşısında məsələ qaldırdı, Avropa İttifaqına önəmli mesajlar verdi.  

Türkiyənin sədaqəti, Avropa Birliyininin ikiüzlülüyü... 

2017-ci ildə Avropa ilə münasibətlərin yaxşılaşması istiqamətində Ərdoğan tərəfindən mühüm adımlar atılıb. Ötən il mayın 25-də Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Avropanın ölkəsinə qarşı ədalətsiz davranışlar sərgilməsini diqqətə çatdırıb və Türkiyə ilə münasibətlərin öz axarına qayıtması üçün yersiz iddiaların geri çəkilməsini vurğulayıb. Türkiyənin Aİ üzvlük prosesində 54 ildir saxlanıldığını bildirən Tayyib Ərdoğan ölkəsinin indiyə qədər lazım olan addımları atdığını, Avropanın öz üzərinə düşən məsələlərdə kifayət qədər səmimi olmadığına da diqqət çəkdi. Avropa Birliyinin rəsmilərinin addım atması lazım olduğunu bildirən Tayyib Ərdoğan Türkiyə-Avropa Birliyi sammitinin toplanmasını da təklif etdi.

Rəcəb Tayyib Ərdoğan 2018-ci il yanvarın 6-da Fransaya səfəri zamanı bir daha bu mövzuya qayıdaraq Avropa Birliyi ilə aparılan səmərəsiz və nəticəsiz danışıqlardan yorulduqlarını bildirib. Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron da Avropa Birliyinin Türkiyəyə qarşı ədalətsiz davrandığını etiraf edib. Bildirib ki, Aİ rəsmi Ankaraya qaşı ikiüzlü siyasət sərgiləyir. Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşdə PKK və İŞİD-lə, terrorun hər bir ünsürü ilə birgə mübarizənin əhəmiyyətinə işarə edərək Fransanın bu məsələdə ədalətli mövqe tutmasını qarşı tərəfə çatdırdı. Türkiyə-Aİ münasibətlərinə yeni təkan verilməsi üçün Fransanın lazım olan addımları atmasına diqqəti çəkib. 

Terrorla mübarizədə amansız həmlələr ...  

Ötən il Türkiyənin birbaşa iştirakı ilə terrorla mübarizə və regionda separatizmə qarşı təsirli mübarizə tədbirləri səmərəverici oldu. FETÖ və PKK başda olmaqla terror təşkilatlarıyla mübarizədə çox önəmli addımları atılıb. Türkiyə regionda sülhə təhlükə yaradan bütün silahlı qruplaşmaların zərəsizləşdirilməsində fəallığı ilə seçilib, Suriyada “Fərat qalxanı” əməliyyatını davam etdirib. Eyni zamanda, İraqda PKK-ya qarşı amansız əməliyyatlar aparan rəsmi Ankara xarici və daxili təxribatçı-terrorçu qrupların əməllərinə imkan verməyib. 2017-ci il noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilən Zirvə sammitində 3 ölkənin lideri – Prezident Rəcəb Tayyıb Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin bir masada Suriya probleminin həllinə dair birgə razılıq əldə edildi və Suriya Milli Dialoq Konqresinin başlanması haqqında qərar qəbul olundu. Bu addım qlobal siyasi əhəmiyyət kəsb etməklə, Suriya böhranının siyasi yolla həlli prosesinin uğurla başa çatdığını, regionda örnəkverici siyasi presedentin ortaya qoyulduğunu göstərdi. Türkiyə, Rusiya və İranın dövlət başçılarının 2015-ci ildə başlatdıqları sülhyaratma missiyasını uğurla yekunlaşdı, Suriyada 7 il davam edən vətəndaş müharibəsini və 3 ilə yaxın müddətdə ölkənin böyük bir ərazilərini ələ keçirən İŞİD terror təşkilatı ilə mübarizəni sona çatdırıldı. Türkiyə isə Yaxın və Orta Şərq regionunda oynadığı fəal nizamlayıcı rolu davam etdirməkdə qərarlıdır.

2017-ci il Türkiyənin qlobal miqyasda imza atdığı ən uğurlu hadisələrdən biri Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkil etdiyi Dünya İnsanlıq Sammitinin İstanbulda keçirilməsi oldu. Türkiyənin siyasi lideri 180 ölkənin, beynəlxalq təşkilatların nümayəndələrinin, 60 ölkənin isə dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə çox mühüm mesajlar verərək qlobal güclərin regionda baş verən müharibələrdə məsuliyyətlərini dərk etməyə, münaqişələrə vəsilə olmaqdan çəkinməyə səslədi. Ərdoğan müharibə və təbii fəlakətlərin gətirdiqi qaçqınlıq, aclıq, səfalət, yoluxucu xəstəliklər, digər sosial böhranların dünyanın gözü qarşısında səssiz qalmasından təəssüfləndiyini, Ameriaka və Avropanın bu problemlərə biganə yanaşmaqdan əl çəkmələrini, bəşəriyyətin xoşbəxtliyi, rifahı və ortaq gələcəyi üçün birləşmələrini diqqətə çatdırdı. “Bu dünyada rəngindən, irqindən, dil və dinindən asılı olmayaraq hamımız eyniyik” deyən Prezident Ərdoğan Avropanı Türkiyənin humanitar və yardım fəaliyyətindən nümunə götürmələrini tövsiyə edib.

Cənab Ərdoğanın ötən il islam həmrəyliyinin möhkəmlənməsinə, tolerantlıq və multikultiralizmin geniş yayılmasına töhfəverici fəaliyyəti də xeyli zəngindir. Hər zaman müsəlmanların yanında olan, onların vahid liderinə çevrilən Ərdoğan Fələstinə qarşı ədalətsizliyə qarşı barışmaz olduğunu əməli ilə təsdiqlədi. İstanbulda islam ölkələrinin liderləri ilə Qüdslə bağlı toplantının keçirilməsi, ABŞ-ın Qüdslə bağlı qətnaməsinə etiraz kampaniyasının səmərəli təşkili, BM Baş Assambleyasının Trampın qərarını pisləyən qətnamə qəbul etməsi Türkiyənin Siyasi liderinin başlatdığı uğurlu siyasətin mühüm nəticəsi hesab oluna bilər.  

Qardaşlığın mükəmməl modeli...  

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycan ötən il iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurları inkişaf etdirib. Regionda ən nəhəng qaz və neft kəmərlərinin müəllifi olan  Azərbaycan-Türkiyə yeni layihələrə imza atmaqla təşəbbüskarlığı artırıb. 2017-ci il senytabrın sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli”(AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. “Türk Petrolları”nın da yer aldığı yeni saziş Türkiyə ilə Azərbaycanın əməkdaşlığının gələcəyi üçün də mühüm perspektivləri ehtiva etdi. Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrağın bəyan etdiyi kimi iki qardaş ölkə bu sazişi imzalamaqla növbəti uğurlara yol açmış olur. “Türk Petrolları” (TP) Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. 

Ötən il Azərbaycan və Türkiyə üçün ən əlamətdar hadisə ortaq layihə hesab edilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi oldu. oktyabrın 30-da açılış mərasimi keçirilən Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməyə başladı. Açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimin bəyan etdiyi kimi Bakı-Tbilisi-Qars dünya nəqliyyat sistemində yeni səhifə açır: “Bu gün yaşadığımız dövrlə yanaşı, gələcəyimiz üçün də çox mühüm addım atırıq. Bu mərasimlə Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsünün vəsilələrindən birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik. Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur”.

2018-ci ildə isə Azərbaycan və Türkiyə TANAP-ın fəaliyyətə başlamasına nail olacaq. Bu kəmərlə “Şahdəniz-2” yatağı üzrə qaz Türkiyəyə ixrac olunacaq. 

Ərdoğan 2018-ci il yeni uğurların başlanğıcı olacaq... 

2017-ci il həm də qarşıdakı illər üçün müjdəverici il kimi də yaddaq qaldı. Dövlət özəl sektora dəstəyini artıracağının və sənaye, tikinti, infrastruktur sahəsində çalışan podratçı şirkətlərə hər cür yardımım ediləcəyi, 2018-ci ildə 110 min ixtisaslı kadrın həmin sahələrdə işlə təmin olunacağı anonsu ölkədə məmnuniyyətlə qarşılanıb. 2018-ci il Türkiyə üçün ən başlıca hədəflər siyasi və iqtisadi sabitliyin daha möhkəmləndirilməsi, inkişaf, investisiya və məşğulluq proqramlarının davam etdirilməsi, regional əməkdaşlığın genişləndirilməsindən ibarət olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan cari ildə əhəmiyyətli açılışlara da imza atacağının müjdəsini verib. Bu ilin ən nəhəng layihənin - İstanbulda üçüncü Hava Limanının açılışının baş tutacağı nəzərdə tutulur. Ərdoğanın, "yuxum dediyi və türklərin ən ehtişamlı layihə adlandırdıqları İstanbul kanalının təməlinin atılması da 2018-ci ilə planlaşdırılır. Bu il Türkiyənin regionlarında son 50 ilin ən möhtəşəm nəqliyyat layihələrinin - Ovit, Artvin şəhərini dəniz sahili ilə birləşdirəcək Xilaskar, İzmir-Manisa yolundakı Sabuncubeli və Van-Hakkari yolundakı Gözəldərə tunelləri də tamamlanaraq insanların üzünü güldürəcək.

Türkiyə hökuməti 2018-ci ili sürətli qatarlar və metroların istifadəyə verilməsi ili kimi qiymətləndirir. Açılışı nəzərdə tutulan nəqliyyat xətlərinə Mərmərənin davamı olan Gəbzə- Halqalı, Ankara-Sivas yüksək sürət qatarı, Ankarada Sincan Kayaş şəhərətrafı metrosunun istismara verilməsi daxildir. Ankara və İstanbulda əlavə metro xətlərinin təməlinin qoyulması da bu il üçün planlaşdırılan layihələrdəndir.

 





10.01.2018    çap et  çap et