525.Az

“Həsən Zeynalov. Diplomatın tale yolu” kitabı çap olundu


 

“Həsən Zeynalov. Diplomatın tale yolu” kitabı çap olundu <b style="color:red"></b>

Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalovun həyat və fəaliyyətinə həsr edilmiş “Diplomatın tale yolu” kitabı çapdan çıxıb.

Tanınmış diplomatın həyat və fəaliyyətini, diplomatiya tariximizin müəyyən səhifələrini özündə əks etdirən nəşrin tərtibçisi Sabir Şahtaxtı, redaktoru filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, rəyçisi isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlıdır.

Naxçıvanın Bakıda daimi nümayəndəsi, Azərbaycanın Qars və İstanbulda baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi kimi məsul vəzifələr daşımış, hazırda Türkmənistan və Əfqanıstanda səfir olan H.Zeynalovun bu illər ərzində göstərdiyi səmərəli fəaliyyətə işıq salan kitab təkzibedilməz faktlar, rəsmi və mətbu sənədlər, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.

Nəşrdə diplomat haqqında “İnsan ömrünə uvertüra”, “İstiqlal mübarizəsi – milli təlatüm dövrü”, “Qars: ermən fitnəkarlığı ilə mübarizə”, “İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər içərisində” və digər yazılar yer alıb.

Kitab ictimai-siyasi elmlər sahəsində təhsil alan tələbələrə, elmi işçilərə, həmçinin, diplomatiya sahəsi ilə yaxından maraqlanan oxuculara ünvanlanıb.

Qeyd edək ki, “Həsən Zeynalov. Diplomatın tale yolu” kitabı “Şərq-Qərb” nəşriyyatında çap olunub, 680 səhifədən ibarətdir.

Ceyhun ABASOV

 





10.01.2018    çap et  çap et