525.Az

"Birlik" jurnalının yeni sayı


 

"Birlik" jurnalının yeni sayı <b style="color:red"></b>

"Birlik" jurnalının yeni sayı maraqlı xəbərlər, araşdırmalar və əhatəli yazılarla zəngindir.

Jurnalın "Gündəm" bölməsində Azərbaycan Prezidentinin NATO-nun Şimali Atlantika Şurasının iclasındakı çıxışından reportaj var. Azərbaycan-Ermənistan münasibətlərini, Qarabağ problemini əhatə edən çıxışı həmin bölmədə Azərbaycan- Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş yazı izləyir.

"Tədbir" rubrikasında Brüsseldə keçirilən Qarabağ Forumu haqqında geniş məlumat yer alıb.

"Təqdimat" bölməsində "Tarix yalnız arxada qalmır, həm də öndən gəlir..." sərlövhəsi ilə akademik Nizami Cəfərov Yunus Oğuzun Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi "Ovçu" romanından söz açıb.

Solmaz Amanovanın "Naxçıvan duzu" adlı xatirə yazısı "Anım"dadır.

"Araşdırma" bölməsində Almaz Ülvinin "Baburnamə"nin Bakı nüsxəsinin təsviri və əsərdə Əlişir Nəvai izləri", "Dövlətşah Səmərqəndi və onun "Təzkirət üş-şüəra" təzkirəsi" məqalələri, Altun Yasinlinin "Azərbaycanın xarici investisiya potensialının təhlili", Dilqəm Əhmədin Əhməd Yaşat haqqında qələmə aldığı "Şəkidən Ankaraya - bir legionerin həyatı" yazısı, dosent Şəmil Sadiqin "Koreya və Türk xalqlarının bağları" adlı Beynəlxalq konfransdakı çıxışı yer alıb.

"Persona"da Adıgözəl Məmmədov "Özbəkistan prezidentinin psixoloji portreti" məqaləsi ilə Şevkət Mirziyevdən, akademik Mırzatay Joldasbekov "Ölkəsinin elçisi, millətinin qüruru" yazısı ilə Oljas Süleymenovdan bəhs ediblər.

Fərhad Turanlının "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" monoqrafiyasının müdafiəsi haqqında, professor Çingiz Abdullayevin "Almanların Azərbaycanda yerləşmə tarixi" yazıları "Əlaqə" rubrikasındadır.

"Tədqiqat" bölməsində Nüşabə Məmmədova "Həsən bəy Zərdabi Azərbaycanda milli QHT-lərin banisidir" məqaləsi, "Yaddaş"da isə Fərrux Rəhimov "Manqala" masaüstü strategiya oyunu haqqında yazısı ilə çıxış ediblər.

Jurnalda sonuncu material İsa İsmayılzadənin "Güllələr demədi" şeiridir.

Şahanə MÜŞFİQ

 





11.01.2018    çap et  çap et