525.Az

Rusiya və ABŞ səfirləri bir arada


 

Rusiya və ABŞ səfirləri bir arada<b style="color:red"></b>

Vaşinqtonda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov və ABŞ-ın Moskvadakı səfiri Con Hantsman arasında görüş baş tutub.   

Səfirlərin birgə fotosu Rusiya diplomatik nümayəndəliyinin “Twitter”dəki hesabında dərc edilib.    

Qeyd edək ki, bu səfirlər arasında ilk görüşdür. Görüşün detalları və danışıqların mövzusu açıqlanmır.   

Anatoli Antonov Rusiyanın ABŞ-dakı səfiri postuna ötən ilin avqustunda, Con Hantsman isə vəzifəsinə həmin ilin oktyabrında təyin  olunub.

 





12.01.2018    çap et  çap et