525.Az

Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirdi


 

Ukrayna Rusiyanın Suriyadakı bazalarına hücumda əlaqəsinin olmadığını bildirdi<b style="color:red"></b>

Rəsmi Kiyev  Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.    

APA-nın “UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.   

“Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib. 

Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına   PUA-ların hücumunda “Ukraynanın izi” olduğunu qeyd edib. 

Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.

 





12.01.2018    çap et  çap et