525.Az

“Fitch” “Petkim”in reytinqini “B” səviyyəsində təyin etdi


 

“Fitch” “Petkim”in reytinqini “B” səviyyəsində təyin etdi<b style="color:red"></b>

“Fitch” beynəlxalq reytinq agentliyi “Petkim Petrokimya Holdinq A.Ş.”nin (Petkim) emitentin uzunmüddətli defolt reytinqini “B” səviyyəsində təyin edib. 

“APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnoz stabildir. 

Məlumatda bildirilir ki, reytinq “Petkim”in böyük həcmli və diversifikasiyalı qlobal rəqiblərinə nisbətdə kiçik həcmi, lakin yüksək məhsul konsentrasiyasına sahib olduğunu əks etdirir. “Reytinqdə, o cümlədən “Petkim”in keyfiyyətli aktiv bazasına malik olduğu və Türkiyənin inkişaf etməkdə olan petrokimya bazarında güclü mövqeyə sahib olduğunu göstərir. “Petkim” Türkiyənin yeganə daxili petrokimya istehsalçısıdır. 2018-ci ildə STAR Neft Emalı Zavodunun istismara verilməsi “Petkim”in xərc strukturunun yaxşılaşmasına imkan verəcək”, - deyə məlumatda qeyd olunub.

 





12.01.2018    çap et  çap et