525.Az

Xırdalanda yataqxanada yanğın söndürüldü - Yenilənib


 

Xırdalanda yataqxanada yanğın söndürüldü - <b style="color:red">Yenilənib </b>

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğın barədə məlumat yayıb. 

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. 

Qonşu mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

*** 11:21 

Xırdalanda yataqxana binasında yanğın başlayıb. 

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 





12.01.2018    çap et  çap et