525.Az

Gürcüstanda 68 Azərbaycan vətəndaşı həbs cəzası çəkir


 

Gürcüstanda 68 Azərbaycan vətəndaşı həbs cəzası çəkir<b style="color:red"></b>

2017-ci ilin noyabr ayına olan məlumata əsasən Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 68 nəfər təşkil edir.
 
APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 20-si müttəhim, 48-si isə məhkumdur. Müttəhimlərin 19-u kişi, 1-i qadın, məhkumların isə 45-i kişi, 3-ü qadındır.

Gürcüstanda cəzaçəkmə müəssisələrində ümumilikdə 438 xarici ölkə vətəndaşı cəza çəkir. Onların arasında Türkiyə vətəndaşları birinci yeri tutur - 117 nəfər.

Qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının sayı 61, İran vətəndaşlarının sayı isə 34 nəfər təşkil edir. Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı 24 nəfərdir.

 





12.01.2018    çap et  çap et