525.Az

Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır


 

Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır<b style="color:red"></b>

Bakıda Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq. 

“Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

 





12.01.2018    çap et  çap et