525.Az

Əfqan Muxtarlıya 6 illik həbs cəzası verildi


 

Əfqan Muxtarlıya 6 illik həbs cəzası verildi<b style="color:red"></b>

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. 

Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Bundan sonra məhkəmə müşavirəyə gedib. 

Müşavirədən sonra hökm oxunub. 

Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

 





12.01.2018    çap et  çap et