525.Az

BMT-nin Ali Komissarlığı Trampı irqçi adlandırdı


 

BMT-nin Ali Komissarlığı Trampı irqçi adlandırdı<b style="color:red"></b>

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ABŞ prezidenti Donald Trampın bəzi ölkələr barədə vulqar ifadə işlətməsini irqçilik kimi qiymətləndirib. 

APA-nın məlumatına görə, bu barədə BMT İnsan Haqları üzrə Ali Komissarlığın nümayəndəsi Rupert Kolvill keçirdiyi brifinq zamanı deyib. O, prezidentin belə ifadə işlətməsini rüsvayçı adlandırıb: “Buna irqçilikdən başqa ad qoymaq mümkün deyil". 

R. Kolvill bildirib ki, D. Trampın müsəlmanlar və meksikalılar barədə daha əvvəl işlətdiyi ifadələr dünyanın Holokost və İkinci Dünya müharibəsindən bu yana qurmaq istədiyi beynəlxalq dəyərlərə ziddir.  

Xatırladaq ki, D. Tramp dekabrın 11-də Konqres üzvləri ilə görüşündə Haitidən və Afrikadan olan miqrantların ünvanına təhqiramiz ifadə işlədib.

 





12.01.2018    çap et  çap et