525.Az

Gəncədə 5 günlük körpə öldü


 

Gəncədə 5 günlük körpə öldü<b style="color:red"></b>

Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb. 

APA-nın verdiyi məlumata görə, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl  Gəncədə yerləşən Regional Pernotal Mərkəzdə uşaq dünyaya gətirib. 

Müayinə zamanı uşaqda mədə bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb. 

Məlumata görə, bu R. İsmayılovanın dünyaya gətirdiyi 3-cü övladı olub.

Faktla bağlı araşdırma aparılır.

 





13.01.2018    çap et  çap et